XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 3 saylı filialı "Gəlin mütaliə edək" başlığı altında “Nağıl saatı” təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 16:10

03-06 may tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin 3 saylı filialı "Gəlin, mütaliə edək" başlığı altında rayon ərazisində yerləşən bağçalarda “Nağıl saatı” təşkil edib. 

“Nağıl saatı”nda körpələrə Mirvarid Dilbazinin "Danışılmamış nağıllar", Gülzar İbrahimovanın "Sirus və Virusun macəraları" nağılları oxunub. Balacalar nağılla bağlı öz fikirlərini söyləyiblər.

Sonda körpələr kiçik parçalardan ibarət şeirlər səsləndiriblər.

Baxış sayı: 79746