XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-nin 3 saylı filialı “Cahana sığmayan düha” başlığı altında tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 15:02

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS-nin 3 saylı filialının əməkdaşları 203 saylı tam orta məktəblə birgə “Cahana sığmayan düha” başlığı altında tədbir keçirib. Tədbir Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar təşkil olunub.

Tədbirdə Qabilin “Nəsimi” poeması, İsa Muğannanın “Məhşər” romanı əsasında səhnəciklər nümayiş edilib.

Sonra kitabxana əməkdaşlarının hazırladıqları “Nəsimi poeziyası” adlı sərgiyə baxış keçirilib.

 

Baxış sayı: 39268