XƏBƏRLƏR
MƏLUMAT
“Sağlam ailə-sağlam cəmiyyət” başlığı altında dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 09:44

Mayın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanası Sabunçu rayon Gənclər İdarəsi ilə birlikdə “Sağlam ailə-sağlam cəmiyyət” başlığı altında dəyirmi masa keçirib.

Tədbirdə Gənclər İdarəsinin əməkdaşı E.Məmmədova və kitabxananın direktoru N.Hüseynova, şöbə müdirləri İ.Vəliyeva, S.Nuriyeva, R.İmamquliyeva, K.Əhmədova, baş kitabxanaçılar T.Qasımova, R.Məmmədova və başqaları iştirak ediblər.

Söhbəti Mərkəzi kitabxananın direktoru N.Hüseynova açaraq qeyd edib  ki, 15 may  Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Müzakirə olunan mövzudan belə nəticə əldə edilib ki, ailə münasibətlərinin düzgün qurulması, uşaqların təlim-tərbiyəsi, eləcə də onların sağlam həyat tərzi, qohum və erkən nigahların mənfi nəticələr barədə məlumatlandırılması ailədəki qadından asılıdır. Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Qadın ailədə həm ana, həm dost, həm psixoloq, həm pedaqoq, həm iqtisadçı rolunu oynamalıdır.Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir. 

 

Baxış sayı: 65010