XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsi “Biz bu torpağın çiçəyiyik, gülüyük” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 13:11

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsi “Addım-addım” adlı bağça ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Biz bu torpağın çiçəyiyik, gülüyük” adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə “Addım-addım” bağçasının müəllimi Afət xanım açaraq, uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edib, onlara can sağlığı arzulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev uşaqlara həmişə diqqət və qayğı ilə yanaşıb. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir.

Tədbirdə klounun çıxışı uşaqlar tərəfindən maraqla izlənilib.

Uşaq şöbəsinin müdiri R.İmamquliyeva çıxışını ulu öndər H.Əliyevin sözləri ilə bitirib: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Baxış sayı: 90588