XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanası “Yaradan, yaşadan ömür" adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 14:35

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanası 12 saylı Baki Peşə Liseyi və Gənclər Respublika Bədii Yaradıcılıq Evi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Yaradan, yaşadan ömür" adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə 12 saylı peşə liseyinin direktor əvəzi M.Əliyev açaraq ümummilli liderin həyat yolu barədə çıxış edib. Gənclər Respublika Bədii Yaradıcılıq Evinin tələbələri dahi liderə həsr edilmiş şeirlər söyləyib, mahnılar oxuyublar.

Sonda Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı T.Qasımova çıxış edərək bir gənc kimi, azərbaycanlı olması ilə fəxr edən ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün fəxr etdiyini söyləyib.

Baxış sayı: 18676