XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanası İ.Şıxlının 100 illik yubileyi münasibətilə söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2019 11:19

Mayın  29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanası 169 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə İ.Şıxlının 100 illik yubileyi münasibətilə söhbət keçirib.

Tədbirdə "Dəli Kür" əsəri  təhlil olunub.

Söhbəti metodika və biblioqrafiya şöbəsinin müdiri S.Nuriyeva açaraq İ.Şıxlının həyat və yaradıcılığı haqqında geniş məlumat verib. 

Sonra oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı T.Qasımova “Dəli Kür” əsərinin mənfi və müsbət obrazlarından danışıb və şagirdlərlə müzakirələr aparıb.

 

Baxış sayı: 75423