XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 8 saylı filialı "Xalqın hünəri əbədi yaşayacaqdır" adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 10:35

 Mayın  8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 8 saylı filialı faşızm üzərində Qələbə Gününün 74-cü ildönümü münasibətilə "Xalqın hünəri əbədi yaşayacaqdır" adlı tədbir keçirib.

Tədbir Kürdəxanı qəsəbəsində yerləşən  1941-1945-ci il Böyük Vətən Müharibəsində həlak olmuş Kürdəxanı qəsəbə sakinlərinə həsr edilmiş əbədi xatirə abidəsi önündə təşkil olunub.

Tədbirdə kitabxananın fəal oxucuları,Kürdəxanı qəsəbə Mədəniyyət evinin kollektivi, qəsəbədə yerləşən 336 saylı bağçanın uşaqları iştirak ediblər. 

İlk öncə müharibədə həlak olan vətən oğullarının xatirəsi  bir dəqiqəlik  sükutla yad edilib.

 Sonra  kitabxana əməkdaşı İkinci Dünya Müharibəsinin  XX əsrdə bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmasından danışıb.Bildirib ki, 1941-1945-ci illərdə 600 mindən çox Azərbaycan oğul və qızları cəbhəyə yollanıblar. Azərbaycanlılardan ibarət  416, 217, 77, 223- cü Milli divizyalar təşkil olunub. 130 - a yaxın həmyerlimiz Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb.

Sonda abidə önünə  gül dəstələri qoyulub.

 

Baxış sayı: 11271