XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 8 saylı filialında "Xalq üçün yaşayan ömür " başlığı altında sərgi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 11:06

Mayın  7-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 8 saylı filialında "Xalq üçün yaşayan ömür " başlığı altında sərgi təşkil edilib.

 Sərgi Azərbaycan Respublikasının Ümummilli lideri, bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, XX əsr dünya siyasətində xüsusi yeri olan, Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan  Heydər Əlirza oğlu Əliyevin 96 - illik yubileyinə həsr olunub.

 Sərgidə Ulu öndər Heydər Əliyevə həsr olunmuş kitablar, jurnallar, qəzet materialları,ümummilli liderin dəyərli fikirləri dərc olunmuş kitablar əks olunub.

 Sonda sərgiyə baxış keçirilib.

 Qeyd edək ki, "Xalqımızın Milli Dəyərlərini Qorumalıyıq" başlığı altında daimi sərgi də oxucuların xidmətindədir.

 

 

Baxış sayı: 53557