XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 8 saylı filialında "Mənim doğma diyarım -Azərbaycan" adlı sərgi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 13:11

Mayın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsiSabunçu rayon MKS-nin 8 saylı filialında diyarşünaslığı özündə əks etdirən "Mənim doğma diyarım-Azərbaycan" adlı sərgi təşkil olunub. 

Sərgidə Azərbaycanın qədim memarlıq abidələrindən, Azərbaycan tarixində önəmli izi olan maddi-mədəni irsimizi əks etdirən materiallardan istifadə olunub.

Kitabxananın əməkdaşı oxucuları sərgi ilə tanış edərək mövzu haqqında ətraflı məumat verib.

Oxucular arasında sual-cavab aparılıb.

Vətən haradan başlanır?

-Doğulduğun evdən, isindiyin ocaqdan, ilk qədəm basdığın torpaqdan, su içdiyin bulaqdan.

Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azərbaycan həm də qədim tarixə malik şəhərlər diyarıdır. Ulu məmləkətimiz, doğma Azərbaycanımız hər bir Azərbaycanlının ürəyidir.

Qeyd edək ki, sərginin təşkil olunmasında əsas məqsəd Vətənimiz Azərbaycanın gözəlliklərini, onun qədimliyini, müasir inkişaf səviyyəsini göstərmək və tanıtmaqdır.

Baxış sayı: 73670