XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 8 saylı filialı "Geriyə yol yoxdur" başlığı altında dəyirmi masa keçirib
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 13:21

Mayın  17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 8 saylı filialı yazıçı, Azərbaycanın əməkdar incəsənət xadimi Qılman İlkinin anadan olmasının 105 illiyi münasibətilə "Geriyə yol yoxdur" başlığı altında dəyirmi masa keçirib.

Tədbirdə Kürdəxanı qəsəbəsi 113 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Kitabxananın əməkdaşı A.Əhmədova Q.İlkinin yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Q.İlkin "Qalada üsyan" (1959), "Şimal küləyi” (1962),"Hədiyyə" (1969), "Dağlı məhəlləsi” (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (2006) və başqa kitabların, "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filimlərinin və bir neçə televiziya filminin ssenari müəllifidir. Görkəmli yazıçı "Azərbaycan” jurnalının redaktoru, "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının direktoru işləyib.

Dəyirmi masada yazıçının əsərləri müzakirə olunub.

Baxış sayı: 14560