XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS–nin 2 saylı filialı “Xalqın xilas günü” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 14:55

İyunun  14-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu  rayon MKS–nin 2 saylı filialı Milli Qurtuluş günü ilə əlaqədar kitabxananın fəal oxucuları ilə  “Xalqın xilas günü”  adlı söhbət  keçirib.

Filialın müdiri T.İsmayılova   Azərbaycanın müasir dövr tarixinə qızıl həriflərlə yazılan 15 İyun - Milli Qurtuluş Günü tarixinin əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən qayıdışı ilə Milli Qurtuluşumuzun əsasını qoyub. Dahi öndər istedadını, zəngin təcrübəsini azad, müstəqil, dünya sivilizasiyalı dövlətlər səviyyəsinə çatan bir dövlət qurmağa sərf edib. Onun uğurlu siyasəti sayəsində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Həyata keçirdiyi tədbirlər isə bütün sahələri əhatə edən inkişafın möhkəm təməlini qoyub.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Sonda  şagirdlər şeirlər söyləyib, rəqs ediblər.

Baxış sayı: 31638