XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 saylı filialı “Tanıtdı dünyaya varlığımızı” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 13:49

Mayın 10–da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 saylı filialı Ümümmilli lider Heydər Əliyevin 96 illiyi münasibəti ilə 170 saylı tam orta məktəbin şagirdləri ilə “Tanıtdı dünyaya varlığımızı” adlı söhbət keçirib .

İlk olaraq söhbəti müəllimə M.Əliyeva açaraq şagirdləri məlumatlandırıb.Bildirib ki, hər il 10 may tarixində Azərbaycan xalqı ən görkəmli dövlət xadimlərindən biri, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir.

Sonda məktəb şagirdləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə , vətənə, qəhrəmanlara həsr olunmuş şeirlərlə çıxış ediblər.

 

Baxış sayı: 20354