XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 saylı filialı “Nağılları sevərək oxuyaq” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 13:49

Mayın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 saylı filialı 170 saylı tam orta məktəbin şagirdlərini “Nağıl otağı”na dəvət edərək “Nağılları sevərək oxuyaq” adlı söhbət keçirib.

İlk öncə Abonement bölməsinin müdiri S.Əliyeva Azərbaycan şifahi xalq yaradıcılığının bir qolu olan nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji, estetik tərbiyəsində çox böyük rol oynadığını qeyd edib, nağılların bütün dünya uşaqlarının ana laylasından sonra birinci kitabı olduğunu vurğulayıb. Bu kitablarda hər bir uşağın kövrək dünyasına xeyirli və şərli, ağıllı, müdrik və cəsarətli möcüzələrlə dolu olan bir aləm açılır. Onu da qeyd edib ki, - “Bir dəfə Albert Eynşteyndən soruşublar kı, övladlarımızın ağıllı olması üçün nə etməliyik? O çox sadə və müdrikcəsinə bir cavab verib. Əgər siz övladlarınızın ağıllı olmasını istəyirsinizsə, onlara nağıl oxuyun”.

"Nağıl otağı”nda təşkil olunan "Nağıl saatları"nda təkcə öz nağıllarımız deyil, dünya nağılları dinlənilir, müzakirələr aparılır.

“Nağıl otağı” qısa müddət ərzində artıq kitabxananın balaca oxucularının ən sevimli məkanına çevrilib. Gələcək nəsillərin savadlı,mədəni,ağıllı formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir.

 

Baxış sayı: 37501