XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS–nin 2 saylı filialı “Laçın–Əsir torpağım” başlıqlı sərgi və söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 11:22

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS–nin 2 saylı filialı Laçın rayonunun işğalı günü ilə əlaqədar 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə “Laçın–Əsir torpağım” başlıqlı sərgi və söhbət keçirib.

İlk olaraq söhbəti abonement bölməsinin müdiri S.Əliyeva açaraq bildirib ki, 1992-ci il xalqımızın tarixinə ağır bir il kimi daxil olub. Dağların ətəyində yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmən tərəfindən işğal edilib. İşğal nəticəsində 63341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.

Sonra sistem inzibatçısı M.Məmmədova Laçının tarixi abidələrindən və əsrarəngiz təbiətindən məlumat verib.

Belə tədbirlərin keçirilməsində məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsi, eyni zamanda qədim tarixi diyarımız olan Laçının işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.

 

Baxış sayı: 35822