XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 saylı filialı Əlillərin Hüquqlarının Müdafiəsi Günü münasibətilə tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2019 14:53

Mayın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 saylı filialı Əlillərin Hüquqlarının Müdafiəsi Günü münasibətilə tədbir keçirib.

Tədbirdə kitabxananın əməkdaşı mövzu haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda bu qəbildən olan insanların sayı 450 mindən çoxdur. Bütün bunlar əlilliyin qarşısının alınmasında, əlillərin reablitasiyasında mühüm rol oynayır. Hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara mənəvi dəstək göstərmək məqsədilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsaitdə əqli problemli uşaqlar, fiziki imkanları məhdud uşaqlar, irsi amil daşıyıcısı olan uşaqlar və psixoloji problemləri olan uşaqlarla iş üzrə tövsiyələr nəzərdə tutulur. Kitabxanalar xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında rəsm, kompyuter kursları, şeir, inşa, əl işləri müsabiqəsi də təşkil edə bilər. Kitabxanada “Psixologiya saatı”nın keçirilməsi də xüsusi qayğıya ehtiyacı olan uşaqlara müsbət təsir göstərir. Düzgün rəftar etmək yollarını oxuculara çatdırmaq məqsədilə kitabxananın oxu zalında xüsusi qayğıya ehtiyacı olan uşaqlardan bəhs edən “Rəsm hovuzu”, Cənnətin rəngi”, “Mənim dünyam” və s. filmlərin nümayişinin təşkili məqsədəuyğundur.

Baxış sayı: 90801