XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 saylı filialı “Abbas səhhət -145” başlıqlı sərgi-söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 10:54

 Mayın  23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialı şair  Abbas Səhhətin 145 illiyi münasibəti ilə kitabxananın fəal oxucuları ilə birlikdə  “Abbas Səhhət -145” başlıqlı şərgi-söhbət keçirib.

İlk olaraq söhbəti şöbə müdiri E.Məmmədova açaraq oxucuları məlumatladırıb. Bildirib ki, Abbas Səhhət klassik Şirvan şairlərinin görkəmli nümayəndələrindən biri, özünün çoxşaxəli yaradıcılığı, ilk növbədə isə bənzərsiz lirik poema və şeirləri, dünya poeziyasından tərcümələri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən istedadlı sənətkardır.

O, da minlərlə digər yurddaşı kimi 1918-ci ilin martında erməni silahlı quldurlarının Şamaxıya qəfil basqınına məruz qalmış, evi-eşiyi dağıdılmış, əlyazmaları da içində olmaqla bütün müxəlləfatı yandırılıb. Şair ömrünün son aylarını qaçqınlığın doğurduğu üzüntülər içində keçirməli olub.

Abbas Səhhətin yaradıcılığında Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərinin böyük təsiri olub. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanıb, xüsusilə Tofiq Fikrət yaradıcılığına diqqət göstərib.

 

Baxış sayı: 19424