XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS- nin 2 saylı filialı “Aç tarixi vərəq-vərəq” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 11:44

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 saylı filialı faşizm üzərində Qələbə Günü münasibəti ilə 170 saylı məktəbin şagirdləri ilə birlikdə “Aç tarixi vərəq–vərəq” adlı söhbət keçirib.

İlk öncə söhbəti abonement bölməsinin müdiri S.Əliyeva açaraq şagirdləri məlumatlandırıb ki, XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına alıb.

İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb.

Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyib. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut edib.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmayacaqdır. Onların həyat yolu bugünkü və gələcək nəsil üçün nümunədir. Vətəni sevmək, Vətən torpağını qorumaq dərsidir.

Sonda söz müəllim və şagirdlərə verilib.

Baxış sayı: 45593