XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS–nin 2 saylı filialı 75 yaşlı Xırdaxanım nənənin qonağı olub
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 08:49

Mayın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS–nin 2 saylı filialının Abonement bölməsinin müdiri S.Əliyeva və sistem inzibatçısı M.Məmmədova uşaqlıqdan kitabxananın oxucusu olan 75 yaşlı Xırdaxanım nənənin qonağı olublar. Xırdaxanım nənə oxuduğu kitablardan çox həvəslə danışıb, onları müzakirə  edib. Söhbətarası onu da qeyd edib ki, 75 yaşım olmasına baxmayaraq, kitab oxumaq həvəsim yenə də əvvəlki kimidir.

Xırdaxanım nənə uşaq yaşlarından kitabxananın oxucusu olub. İndi isə onun nəvə və nəticələri kitabxananın oxucularıdır. Kitabxanaya daxil olan yeni kitabların ilk oxucusu Xırdaxanım nənə olub.    

Sonra Xirdaxanım nənə nəvəsinə bayatı oxuyub.

Ona göstərilən xidmətdən razı qalan Xırdaxanım nənə, kitabxanaçılara öz minnətdarlığını bildirib.

Sonda Mövlanovlar ailəsi göstərilən xidmətdən razı qaldıqlarını söyləyiblər.

 

Baxış sayı: 99450