XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 12 saylı filialı "Müstəqillik tariximizin uca zirvəsi" adlı tədbir təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 15:24

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 12 saylı filialı 75 saylı tam orta məktəblə birgə “28 May Respublika günü”nə həsr olunan "Müstəqillik tariximizin uca zirvəsi" adlı tədbir təşkil edib. 

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Aparıcılar Xalq Cümhuriyyətinin ilk yaranma tarixindən məlumat verərək bildiriblər ki, Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Artıq bu tarixdən 101 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.

Sonra şagirdlər şeirlər, kompozisiyalar, rəqslər və mahnılar ifa ediblər.

Sonda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Baxış sayı: 50561