XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS -nin 12 saylı filialı "Multikultiral dəyərlər" adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2019 10:23

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 12 saylı filialı 75 saylı tam orta məktəbin X sinifləri arasında "Multikultiral dəyərlər" adlı söhbət aparıb.

 Məktəbin taix müəllimi A. Hüseynov Multikulturalizm və Tolerantlığa zəmin yaradan amillərdən danışaraq bildirib ki, ilk növbədə Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşməsi xüsusi əhəmiyyət kəsb edir. Uzaq Çindən başlayan və Avropanın qurtaracağında bitən İpək yoluna təkcə ticarət yolu və iqtisadi məsələ kimi baxmaq olmaz. Bu yolla həm ipək və müxtəlif məhsullar daşınmış, həm də insanlar, fərqli dinlər, mədəniyyətlər səyahət edib.

Digər amil dindir. İslam tolerant din olmasaydı, onun mənsublarının yaşadığı Azərbaycanda indiki səviyyədə dözümlülük mədəniyyəti formalaşa bilməzdi. Çünki dinimizə görə, bütün insanlar və millətlər bərabərdir, ali irq, ali millət anlayışı yoxdur.

Sonda şagirdlər multikultiral dəyərlər haqqında öz fikirlərini söyləyiblər.

 

Baxış sayı: 77854