XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 12 saylı filialı Ə.Paşayev adına Mədəniyyət evi ilə birgə tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 14:04

Mayın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı filialı Ə.Paşayev adına Mədəniyyət evi ilə birgə Şuşa və Laçın rayonlarının işğal günü ilə əlaqədar Vətən həsrətli gənc şair Amil Bəxtiyarla görüş təşkil edib. 

Tədbir vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup tələbələri və kitabxananın fəal oxucularının iştirak etdikləri tədbirdə Amil Bəxtiyarın yeni nəşr olunan "Dərdimi yazan olaydı" adlı kitabı haqqında çıxışlar səslənib. Oxucular gənc şairin yeni kitabından şerlər söyləyib, İncəsənət Universitetinin tələbələri onları sazla ifa ediblər. 

Sonda gənc şair "Dərdimi yazan olaydı " adlı kitabını öz imzası ilə oxucularına təqdim edib.

Baxış sayı: 64076