XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 11 saylı filialı "Milli qurtuluş, xalqın zəfəri" başlığı altında tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 15:19

İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 11 saylı filialı 15 İyun Milli Qurtuluş Günü münasibətilə "Milli qurtuluş, xalqın zəfəri" başlığı altında tədbir keçirib.

Tədbirdə M.Ə.Sabir adına 259 saylı tam orta məktəbin müəllimi S.Məmmədova və şagirdləri iştirak ediblər.Şagirdlər Azərbaycana aid şeirlər söyləyiblər.

Qeyd olunub ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq təcavüzü respublikada vəziyyəti gərginləşdirib. H.Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində fəaliyyətə başlayıb. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi, vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olub. 

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və Milli Məclis bu təklifi bəyənib. O vaxtdan H.Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilib. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

Baxış sayı: 418