XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 1 saylı filialı “Boş oturma kitab oxu!” adlı qiraət saatı keçirib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2019 13:46

İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 1 saylı filialı yay tətili boyunca  “Boş oturma kitab oxu!”adlı qiraət saatı  keçirib.

Akif Qambayzadə adına 148 saylı tam orta məktəbin V,VI sinif şagirdləri ilə keçirilən qiraət saatı zamanı milli ədəbiyyatımızla bağlı nəşrlər gözdən keçirilib. Şagirdlər klassik və müasir yazarların əsərləri olan bədii ədəbiyyatlar seçib evdə mütaliə  üçün gotürüblər.

Kitabxananın şöbə mudiri Lalə Məhərəmova uşaqlara mütəmadi olaraq bədii ədəbiyyat oxumağı tövsiyə edib, şagirdlər də öz növbəsində bu günə qədər oxuduqları kitablardan söhbət açıblar.

Yay tətili boyunca kitabxanada keçirilən bu tipli oxu  və qiraət saatları oxucularda   milli ədəbiyyatmızın təbliği, xarici ədəbiyyata həmçinin ümumilikdə kitaba maraq yaratmaq məqsədi daşıyır.

Baxış sayı: 33587