XƏBƏRLƏR
MƏLUMAT
S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbi “Ümid 2019” Beynəlxalq İncəsənət Olimpiadasında iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 10:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbi Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə Bakıda keçirilən “Ümid 2019” Beynəlxalq İncəsənət Olimpiadasında iştirak edib.

Müxtəlif nominasiyalar üzrə 13 şagird 1-ci yer, 4 şagird 2-ci yer, 2 şagird 3-cü yer, 5 şagird laureat adını qazanıb.

1-ci yerə Camal Vəliyev – tar, Ümid Hüseynov – kamança, Jalə Həsənzadə, Nuray Kazımzadə - qanun,

Fəqan Alızadə - saz, Səbinə Həsənzadə - violin, “Mehriban Qızlar” Vokal kvarteti, Qanun, Fortepiano, Saz, Xalq Çalğı Alətləri ansamblları layiq görülüblər.

2-ci yeri isə Məhərrəm Quluzadə - tar, Şahnisə Qurbanova - violin, Tural Qafarlı - saz, Fortepiano Ansamblı tutublar.

3-cü yerin sahibləri Dürdanə Gözəlli - qarmon, Fortepiano ansamblı olub.

Ayxan Bağırlı, Şəhriyar Axundzadə, Şöhlət Məmmədov - tar, Xuraman Quliyeva, Zəhra Qəhrəmanova – fortepianoda solo ifalarına görə laureate adını qazanıblar.

Baxış sayı: 4658