XƏBƏRLƏR
MƏLUMAT
Rusiya Federasiyasının Rostov şəhərində Beynəlxalq müsabiqə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 09:12

May ayında Rusiya Federasiyasının Rostov şəhərində “Sehrli Arpecio” İnstrumental İfaçılıq üzrə Beynəlxalq müsabiqə keçirilib. Beynəlxalq Müsabiqənin təşkilatçıları “The İnternational Organization of FolkArt” Beynəlxalq Təşkilatının Rusiya Nümayəndəliyi və “Созвездие” Müsabiqə Agentliyi idi. 

Müsabiqədə Azərbaycanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin 8-ci sinif şagirdi Burhanəddin Novruzov uğurla təmsil edərək Qran-Pri mükafatına layiq görülüb.

Qeyd edək ki, skripka sinfinin şagirdi Burhanəddin Novruzov müəllim Mahirə Əsgər qızı Tabıyevanın yetirməsidir.

Baxış sayı: 44211