XƏBƏRLƏR
MƏLUMAT
Respublika Uşaq Kitabxanasında rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 10:02

Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasında “Mədəni irsimizi yaşadaq: Əsrlərin yadigarı - Dədə Qorqud” boyları üzrə keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbiri kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq müsabiqənin keçirilməsində məqsədin mədəni irsimizi yaşadaraq uşaqları “Kitabi-Dədə Qorqud” dastanında olan boylarla yaxından tanış etmək olduğunu vurğulayıb.

Sonra “Kitabi-Dədə Qorqud” haqqında tarixi məlumatların əks olunduğu videomaterial təqdim edilib.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Baxış sayı: 41451