XƏBƏRLƏR
MƏLUMAT
Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri “Ümid 2019” Beynəlxalq İncəsənət Olimpiadasında iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 13:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə Bakıda keçirilən “Ümid 2019” Beynəlxalq İncəsənət Olimpiadasında iştirak edib.

Müsabiqədə fortepiano şöbəsinin müəllimləri Tamilla Məmmədova və Rübabə Məmmədovanın şagirdləri çıxış ediblər.

Münsiflər heyətinin qərarına əsasən, müxtəlif nominasiyalar üzrə II sinif şagirdi Leyla Musa, VII sinif şagirdi Aytac Əliyeva, VI sinif şagirdi Aysun Mahmudzadə laureat adına, IV sinif şagirdi Kubra Həşimli,  IX sinif şagirdi İlqarə Talibova I, Lalə Nəcəfova II, VI  sinif şagirdi Nərgiz Fərəcli III yerə layiq görülüblər.

Baxış sayı: 93333