XƏBƏRLƏR
MƏLUMAT
R. Axundov adına Mədəniyyət evi “Onu zaman seçib” adlı bayram konserti təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 08:38

Mayın 10-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi R. Axundov adına Mədəniyyət evinin təşkilatçılığı ilə dahi şəxsiyyət, ulu öndər, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Onu zaman seçib” adlı bayram konserti təşkil edilib.

Tədbir Azərbaycanın Dövlət himni və ulu öndərərin həyatından bəhs edən video-çarxla başlayıb. Açılış sözü ilə çıxış edən Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nümayəndəsi, tədbirin hazırlanmasında böyük xidməti olan Vəfa Rəfiyeva Heydər Əliyevin xalqımıza, xüsusən də uşaqlara göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edərək, onu “Azərbaycanın işıqlı gələcəyinin banisi“ adlandırıb.

Qafqaz Müsəlmanları Ruhanilər İdarəsinin Qazisi, Buzovna kəndi Cümə məscidinin axundu Hacı Soltan Əlizadə, Xəzər Rayon Yazıçılar Birliyinin Sədri Hacı Arif Buzovnalı, Buzovna kəndi 244 saylı uşaq bağçasının müdiri qonaq qismində iştirak ediblər.

Tədbirdə A.Osedovanın rəhbərlik etdiyi “İnci” poeziya dərnəyinin iştirakçıları “Onu zaman seçib” adlı şeir-kompozisiya, Fəridə Şükürovanın rəhbərlik etdiyi “Qaya” rəqs qrupu “Qıtqılı” rəqsi ilə, 244 saylı uşaq bağçasının məktəbəqədər hazırlıq qrupunun tərbiyəçisi Nazilə Mürsəlovanın  hazırladığı kompozisiya, Ədilə Quliyevanın rəhbərlik etdiyi “FRESH” Rəqs  Qrupunun rəqsləri təqdim olunub.

Baxış sayı: 826