XƏBƏRLƏR
MƏLUMAT
Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təntənəli konsert proqramı təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 10:18

Mayın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təntənəli konsert proqramı təqdim edilib.

Tədbiri aparıcı Humay Muxtarova açıq elan edərək,  gələn qonaqları və tamaşaçıları salamlayıb.Sonra Mədəniyyət Mərkəzinin rəqs qrupu “Yallı” rəqsi ilə çıxış edib.

Konsert proqramında Azərbaycan estrada ulduzları Nur Cəfərli,  Zeyno,Dana Durdanənin bir-birindən maraqlı ifaları, rəqqasə Kəmalə Səfərəliyevanın rəqsləri , meyxana ustası Tərlan Novxanılının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 87195