XƏBƏRLƏR
MƏLUMAT
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində “Birinci Kibrit” adlı xeyriyyə konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 09:48

 Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində “Qızıldaş gəncləri “nin təşkil etdiyi “Birinci Kibrit”adlı xeyriyyə konserti keçirilib.

Tədbiri Əli Abbasov açıq elan edərək gələn qonaqları, tamaşaçıları salamlayıb. Xeyriyyə konsertinin Ramazan ayı ilə əlaqədar keçirildiyini bildirib.

“Birinci Kibrit” dedikdə, ehtiyacı olan bir ocağın isinməsinə ilk qığılcım anlamı nəzərdə tutulub. Eyni zamanda ”Qızıldaş gəncləri”ndən təşkil olunmuş qrupun simvolik adıdır. Bu xeyriyyə konsertinin məqsədi əldə olunmuş vəsaitlə ehtiyacı olan bir insana yardım etməkdir.

Baxış sayı: 99297