XƏBƏRLƏR
MƏLUMAT
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində bayram konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 08:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində “28 may-Respublika Günü”nə həsr olunmuş bayram konserti keçirilib.

Tədbirdə Baş İdarənin rəisi Cəlil Məlikov, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yusif Nəsibov və qəsəbə sakinləri iştirak ediblər.

Aparıcı Humay Muxtarova gələn qonaqları və tamaşaçıları salamlayıb, onları bayram münasibəti ilə təbrik edib. Sonra Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində keçirilən müxtəlif tədbir və seminarlarda fəal iştirak edən bir qrup gəncə Mədəniyyət Mərkəzi adından Təşəkkürnamələr təqdim olunub.

Konsertdə tanınmış mügənni Elnur Məmmədov səhnəyə çıxaraq xalqımızı “28 may - Respublika günü” münasibəti ilə təbrik edib, canlı ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Konsertdə qonaq qismində mügənnilərdən Nur Cəfərli, rəqqasə Kəmalə Səfərəliyeva çıxış ediblər.

Baxış sayı: 42156