Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən hər iki ildən bir yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə “Qızıl Kəlmə” ədəbi mükafatını keçirir.
Nazirlikdən bildirilib ki, növbəti dəfə mükafata əsərlərin qəbuluna ötən ilin avqust ayında başlanıb və bu ilin martın 29-da qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.
Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” ədəbi mükafatı komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.
2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” ədəbi mükafatının nəsr nominasiyası üzrə qalibi Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Mübariz Örənin “Balıq gülüşü”, poeziya nominasiyası üzrə Salam Sarvanın “Heykəl tənhalığı”, Vaqif Bəhmənlinin “Qansız savaş”, İbrahim İlyaslının “Şair olmaq zülmdü” kitabları olub.
Ədəbi tənqid və publisistika nominasiyası üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabları, orijinaldan bədii tərcümə nominasiyası üzrə Vilayət Hacıyevin Haynrix Böllün “Kişisiz ev”, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanları seçilib.
Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları qalib olub.
Həmçinin “Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülü Şahanə Müşfiqin “Şahanənin nağılı”, Sadıq Qarayevin “Sahibsiz kölgələr” kitablarına təqdim olunacaq.
Qeyd edək ki, mükafatın təqdimatı mayın 17-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.
- 17:31 Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
- 16:19 Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
- 15:48 Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş
- 12:20 İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 12:19 “Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 11:04 “Fotolarda canlanan tarix” sərgisi başa çatıb
- 11:00 Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək
- 10:28 Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi
- 10:15 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar ekskursiyalar təşkil olunub
- 09:28 Bu gün Xalq artisti Əfrasiyab Bədəlbəylinin anadan olmasının 117 ili tamam olur
- 17:49 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi növbəti konsert keçirib
- 17:01 Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
- 16:46 Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb
- 16:42 Görkəmli şair Əli Tudənin 100 illiyi münasibətilə tədbir keçirilib
- 16:17 “Tariximizin mədəni yaddaşı” adlı tədbir keçirilib
- 15:45 Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb
- 15:22 18 Aprel-Beynəlxalq Abidələr Gününə həsr olunan tədbir keçirilib
- 14:36 Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
- 14:34 Bu gün Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 127 ili tamam olur
- 11:21 İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq
- 11:04 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:36 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
- 09:33 Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək
- 09:30 Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
- 09:29 Bakıda Rusiya kinosu günləri keçiriləcək
- 17:42 Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub
- 17:01 Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişli şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib
- 16:28 “Memarlıq tarixdir” adlı tədbir keçirilib
- 16:10 Bakıda “Disney”in məşhur animasiyalarının musiqi nömrələri səsləndiriləcək
- 15:02 Kuklaçılar bayramı başlayır
- 14:26 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Ecazkar aləm" adlı konsert keçirib
- 14:02 Görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun məzarı ziyarət olunub
- 12:43 Milli Xalça Muzeyində Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
- 12:16 Kitabxanın “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar layihələri davam edir
- 11:50 Milli Kitabxanada “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb
- 11:48 Bu gün Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 96 ili tamam olur
- 11:42 Həmid Herisçi ilə görüş keçirilib
- 11:35 Bu gün görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasından 140 il ötür
- 11:30 Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək
- 11:07 Muzey Mərkəzində kulturoloq Elmir Mirzəyevin mühazirəsi keçiriləcək
- 11:00 Muzey Mərkəzinin Sərgi Qalereyası Pərviz Abbasovun fərdi sərgisini təqdim edəcək
- 10:58 Şimali Kaliforniyada Azərbaycanın Xalq artisti Çingiz Sadıxovun 95 illik yubileyi qeyd olunub
- 10:40 Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub
- 15:19 Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Açıq qapı” günü keçirilib
- 14:04 “Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb
- 12:34 Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb
- 11:18 Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb
- 10:13 “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
- 09:54 Kitabxanada 15 aprel - Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş dəyirmi masa keçirilib
- 09:30 Bu gün Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 90 ili tamam olur
- 09:27 Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq
- 09:26 Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib
- 15:53 “Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
- 14:58 “Düyməcik” yenidən Kukla Teatrının səhnəsində
- 14:52 Bakıda “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb
- 11:33 “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi” elan olunur
- 10:16 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
- 09:47 Bu gün Beynəlxalq Mədəniyyət Günüdür
- 09:41 Şuşa Teatrında “Bəla” tamaşasının premyerası olacaq
- 23:08 Şəhid və qazi ailələrinin övladları üçün bayram süfrəsi açılıb