XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon MKS-nin 5 saylı filialında “Böyük İnsan” adlı “dəyirmi masa” təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 10:30

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon MKS-nin 5 saylı filialında Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibəti ilə “Böyük İnsan” adlı “Dəyirmi masa” təşkil olunub.

Tədbirdə Qaradağ rayon MKS-nin 5 saylı filialı, Səngəçal qəsəbə Mədəniyyət evi, Səngəçal qəsəbə nümayəndəliyi, Səngəçal qəsəbə bələdiyyəsi və F.Qədimov adına 222 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri Mədəniyyət evinin direktoru Ələmxan Allahverdiyev çıxış sözü ilə açaraq ulu öndərin həyat və fəaliyyəti haqqında  tədbir iştirakçılarına məlumat verib.

Sonra Mədəniyyət evinin işçisi Ə.Elvira Heydər Əliyevin siyasi fəaliyyəti haqqında çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. 

Daha sonra  Dəyirmi masa diskussiya şəklində davam edib.

Tədbirin bədii hissəsində F.Qədimov adına 222 saylı tam orta məktəbin şagirdi Qorxmaz Mahmudov Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib.

Sonda ulu öndər Heydər Əliyevə həsr edilmiş  kitab sərgisinə baxış keçirilib. 

Baxış sayı: 53228