XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 13:43

Mayın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Mərkəzin direktoru Samirə Həsənova, Mərkəzin Baş Fond Mühafizi Leyla Nəcəfova, Qaradağ rayon Aşıq Rza Qobustanlı adına mədəniyyət evinin direktoru Amil Məmmədov, Qaradağ rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayon 8 saylı peşə məktəbinin direktoru Turan Babaxanova, YAP Qaradağ rayon siyasi şuranın üzvü Vüsal Yusifov, Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ulu öndərin həyat yolu haqqında film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin baş fond mühafizi Leyla Nəcəfova tədbir iştirakçılarını salamlayıb və öz çıxışında Ümummilli Lider Heydər Əliyevin xalqımıza, dövlətimizə, Azərbaycanın gəncliyinə etdiyi fədakarlıqlardan danışıb.

Mərkəzin direktoru Samirə Həsənova öz çıxışında bildirib ki Milli Mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır. Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınıb. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlayıb. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayıb.

Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətli davam etdirilir.

Sonra isə Qaradağ rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasovda öz çıxışında Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoyduğunu bildirib. Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin edib. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Tədbirin sonunda 288 saylı orta məktəbin 11-ci sinif şagirdləri Heydər Əliyev haqqında şeirlərini söyləyiblər. Sonda xatirə şəkli çəkilib.

 

 

Baxış sayı: 57999