XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Dərs” bədii filminin nümayişi olub
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 08:56

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Dərs” bədii filminin rus dilində nümayişi olub.

Rafiq Əliyev və Cavid Təvəkkülün rejissorları olduğu film məktəb, şagird və ailə münasibətlərindən bəhs edir. Film 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Ekran əsəri uşaqların şəxsi və ictimai həyatı, cəmiyyətdə davranışı, yeniyetmələrin üzləşdiyi problemləri əks etdirməklə yanaşı, çətinliklərdən çıxış yollarını araşdırır. Nəticəyə gətirən səbəbləri içdən nümayiş etdirir.

Tədbirdə Qaradağ rayonunda fəaliyyət göstərən məktəblərin müəllim və şagird kollektivləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə və Muasir Azərbaycan yazıçısı Lalə Umut iştirak ediblər.

Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa ediblər.

Filmin sonunda Almaz Sultanzadə və Lalə Umut məktəblilərlə filmi diskusiya ediblər. Lalə Umut məktəblilərə öz kitabını təqdim edib.

Baxış sayı: 6717