XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ MKS-i 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirib
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2019 15:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon  MKS-nin  kollektivi tərəfindən 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada 1991-1993-cü illərdə baş verən hadisələr barədə məlumat verilib.  Qeyd edilib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkə tarixində yeni bir mərhələnin başlanğıcı olub.

MKS-in əməkdaşları ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulması, ölkəmizin xaosdan, siyasi çəkişmələrdən xilas olunması, Azərbaycanın müstəqil və demokratik, dünyəvi dövlət kimi inkişaf etməyə başlaması barədə danışıblar.

Baxış sayı: 9007