XƏBƏRLƏR
MƏLUMAT
Q.Abbasov adına Mədəniyyət Sarayında "Yaşa, Odlar Yurdu Azərbaycanım" adlı bayram konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 09:40

Mayın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Q.Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivinin iştirakı, Süsən Allahverdiyevanın təşkilatçılığı ilə Daxili Qoşunların Ali Hərbi Məktəbində "28 May -Azərbaycan Xalq Cümhuriyyətinin Yaranması"nın 101-ci il dönümünə həsr olunmuş "Yaşa, Odlar Yurdu Azərbaycanım" adlı bayram konserti keçirilib.

Sarayın bədii rəhbəri Bəhiyyə Nağıyeva şəxsi heyəti, kursant və əsgərləri salamlayıb, onları bayram münasibəti ilə təbrik edib. Daha sonra "Yaşa, odlar yurdu Azərbaycanım" adlı kompozisiya səsləndirib.

Tədbirdə müğənnilərdən Aynurə Şirinova, Mirəli Cavadov, Ülkər Orucova, Kənan Dağlaroğlu, Rəqsanə Əsədova vətənpərvər mahnılar ifa ediblər. Sazda Arzu Zöhraboğlu, Elgün Abdullayev şən musiqilər səsləndiriblər.

Sonda "Yaşa, mənim xalqım "mahnısı səslənib. 

Baxış sayı: 45134