XƏBƏRLƏR
MƏLUMAT
Polşa filmləri festivalı Azərbaycana da gələcək
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2019 09:23

Mayın 23-dən 30-dək ondan çox ölkədə Polşa istehsalı olan filmlər nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, 12-ci “Visla” polyak filmləri festivalı çərçivəsində 20-dən çox müxtəlif mövzulu film Azərbaycan, Rusiya, Gürcüstan, Belarus, Xorvatiya, Serbiya, İslandiya və Çili də daxil olmaqla ondan çox ölkədə göstəriləcək.

Festival çərçivəsində gənc rejissorların filmləri ilə yanaşı, məşhur polyak rejissor Yan Yakov Kolskinin bir neçə filminin retrospektivi nümayiş olunacaq. Həmçinin siyahıda uşaqlar üçün nəzərdə tutulmuş filmlər də var.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

Baxış sayı: 39593