XƏBƏRLƏR
MƏLUMAT
“Pincee de Safran” portalı Azərbaycana səyahətdən yazıb
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 13:01

“Pinceedesafran” səyahət portalında “Azərbaycana səyahət: təəssüratlar və bildiklərimiz” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə odlar yurdu Azərbaycan haqqında ətraflı məlumat verilib. Ölkəmizin fenomenal qaz və neft ehtiyatlarından, Yanar Dağ, Atəşgahdan söz açılıb.

Qobustan qoruğu, ölkəmizdə 9 iqlim zonası olması, zəngin mədəniyyətimiz və qastronomiyamız, eləcə də ölkəmizin coğrafiyası məqalədə müfəssəl təqdim olunub.

Qədim və müasir memarlığın ən gözəl incilərini özündə cəmləşdirən Bakının Şərqin Parisi və Dubay adlandırıldığı diqqətə çatdırılıb. Alov Qüllələri, Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi kimi nadir memarlıq inciləri haqqında məlumat verilib.

Müxtəlif dinlərin nümayəndələrinin mehriban ailə kimi birgə yaşamasından, katolik, ortodoks kilsələri, Sinaqoqlar haqqında yazılıb.

Ölkəmizdə qadınların cəmiyyətdəki yerindən danışılıb. Azərbaycanlıların qonaqpərvərliyi və mehribanlığı xüsusi vurğulanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Baxış sayı: 51891