XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistanın “Gülüstan” jurnalında Anarın “Zəncir” hekayəsi çap olunub
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 13:33

Özbəkistanın “Gülüstan” jurnalında Azərbaycanın Xalq yazıçısı Anarın “Zəncir” hekayəsi çap olunub.

AZƏRTAC xəbər verir ki, hekayəni orijinaldan ədəbiyyatımızın dostu Mamatkul Hazratkulov çevirib. O, Azərbaycan ədəbiyyatı ilə yaxından tanışdır, ölkəmizdə yazıçı və şairlər arasında çoxlu dostları var. Ayrı-ayrı vaxtlarda Anarın, Elçinin və digər yazıçıların əsərlərini özbək dilinə çevirib.

Son illərdə Anarın Daşkənddə “Mən, sən, o və telefon” və “Qırmızı limuzin” kitabları özbək dilində çap edilib.

AZƏRTAC-ın xüsusi müxbiri Qulu Kəngərli

Baxış sayı: 65798