XƏBƏRLƏR
MƏLUMAT
“Oxu bayramı” müsabiqəsinin qalibləri mukafatlandırılıb
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 15:37

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Oxu bayramı” müsabiqəsi təşkil olunub.

Müsabiqənin məqsədi əhalidə mütaliə vərdişlərini inkişaf etdirmək, kitaba, mütaliəyə marağı artırmaqdır.

Bu gün, mayın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində qaliblərin mükafatlandırılma mərasimi keçirilib. M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Firudin Qurbansoy müsabiqə iştirakçıları arasında l yerə layiq görülüb, Fəxri Fərmanla təltif olunub və pulla mukafatlandırılıb.

 

Baxış sayı: 82017