XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-nin uşaq şöbəsi “ Tapdaq altında inləyən Şuşam” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 14:51

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon MKS-nin Uşaq şöbəsi 272 saylı tam orta məktəbdə  Şuşanın işğal günü ilə əlaqədar “Tapdaq altında inləyən Şuşam” adlı söhbət keçirib.

Şöbə müdiri N.Təhməzova Şuşanın yaranma tarixi, ərazisi, əhalisi və işğal günü haqqında şagirdlərə geniş məlumat verib. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçiblər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olunub. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideyinin itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüblər. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Söhbətin keçirilməsinin əsas məqsədi işğal olunmuş rayonlarımızı şagirdlərə bir daha xatırlatmaq və onların vətənpərvər ruhda böyümələrinə kömək etməkdir.

 

Baxış sayı: 49210