Nizami rayon MKS-nin 4 saylı filialı “Unudulmaz qəhrəman” adlı söhbət keçirib

Mayın 13-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon MKS-nin 4 saylı filialı 109 saylı tam orta məktəbin şagirdləri ilə birgə Azərbaycanın Milli Qəhrəman Fikrət Əli oğlu Hacıyevin anadan olmasının 55 illiyi ilə əlaqədar  “Unudulmaz qəhrəman” adlı söhbət keçirib.

İnformasiya texnologiyaları üzrə mütəxəssis N.Əhmədova məktəb şagirdlərinə məlumat verərək qeyd edib ki, Fikrət Əli oğlu Hacıyev 1964-cü ilin may ayının 19-da Goranboy rayonu Qızılhacılı kəndində doğulub. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır.Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edib.1992-ci il may ayının 5-də Goranboy döyüşlərində qəhrəmancasına həlak olub. Qızılhacılı kənd qəbristanlığında dəfn edilib. Ballıqaya kənd orta məktəbi onun adını daşıyıb. Goranboy rayonunda büstü qoyulub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.