XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-i “Hürriyyətçi və millətçi şair” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 14:50

Mayın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon MKS-nin Uşaq şöbəsi 272 saylı tam orta məktəbdə Azərbaycan şairi  Abbas Səhhətin anadan olmasının 85 illiyi ilə əlaqədar “Hürriyyətçi və millətçi şair” adlı söhbət keçirib.

Söhbətdə şöbənin işçisi F.Paşayeva şairin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verib. Bildirib ki,Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən yaradıcılığa başlayıb və artıq 1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunub.1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görüb. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub. Həmin dövrdə Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi çıxış edib. Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat edib.

Söhbətin keçirilməsində əsas məqsəd şagirdləri Azərbaycan şair və yazıçıları ilə tanış etmək və onları sevdirməkdir.

Baxış sayı: 99178