XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-i “Müdrik rəhbər və siyasi lider” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 14:14

Mayın 7-də Bakı Şəhər Mədəniyət Baş İdarəsi Nizami rayon MKS-nin xidmət şöbəsinin əməkdaşları 109 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar “Müdrik rəhbər və siyasi lider” adlı söhbət keçiriblər.

Söhbət zamanı Xidmət şöbəsinin əməkdaşı S.Məmmədova bildirib  ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona  Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir  sıra dövlət  başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub. O, bütün həyatını doğma  xalqına sərf edən, milli  dövlətçiliyin əsasını qoyan  dahi lider idi.  Azərbaycan  xalqının Ümummili  lideri, müdrik  rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Baxış sayı: 81302