XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-i “Maarifpərvər xadim” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2019 16:25

Mayın  22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon MKS-nin  xidmət  şöbəsinin əməkdaşları 109 saylı tam orta məktəbdə şair, dramaturq Abbas Səhhətin anadan olmasının 85 illiyi ilə əlaqədar “Maarifpərvər xadim” adlı söhbət  keçirib.

Xidmət şöbəsinin əməkdaşı R.Mustafayeva öz çıxışında Azərbaycan ədəbiyyatının klassik örnəkləri sırasında vətənpərvərlik, yurdsevərlik hissinin, hürriyyət və istiqlal məfkurəsinin aşılanmasında xalqının gələcək səadətinə ürəkdən inanan, öz istedadının bütün imkanlarını səfərbər edərək bu yolda fədakarlıqla çalışmasından danışıb.

Söhbətin keçirilməsində əsas məqsəd A.Səhhət yaradıcılığı ilə oxucuları yaxından tanış etməkdir.

Baxış sayı: 2992