XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS “Gözəl dünyanın məsum uşaqları” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 11:37

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin əməkdaşları 129 saylı uşaq bağçası ilə birlikdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “Gözəl dünyanın məsum uşaqları” adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri N.Təhməzova açaraq bildirib ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü 1 İyun 1950-ci ildən BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Azərbaycanda 2009-cu il “Uşaq ili” elan edilmişdir.

Tədbir zamanı uşaqlar müxtəlif şeirlər söyləyib, mahnılar oxuyub və ayrı-ayrı xalqların rəqslərini ifa ediblər.

Uşaq bağçasının müdiri İ.Əzimova uşaqları bayram münasibətilə təbrik edib, məktəbə gedən uşaqlara isə təhsildə uğurlar arzulayıb.

Tədbirin hazırlanmasında bağçanın tərbiyəçiləri Marina və Ofeliya xanım yüksək fəallıq göstəriblər.

Tədbirin keçirilməsində əsas məqsəd azyaşlıların bayramını təbrik etmək və məktəbə gedənlərə uğur arzulamaqdır.

Baxış sayı: 55061