XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
07/06/2019 08:36

İyunun 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Caspian etude” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala-konserti keçirilib.

Müsabiqədə İsrail, Çin, Rusiya, Ukraynadan olmaqla ümumilikdə 90 iştirakçı, musiqi və incəsənət məktəblərindən tələbələr iştirak edib.

Çox sevindirici haldır ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin də bu müsabiqədə qələbə payı olub.

Belə ki, Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin 1-ci yaş qrupu üzrə 2-ci sinif şagirdi Li Zhijun 2-ci dərəcəli diplomla təltif edilib. Onun bu uğurunda müəllimi Ləman Hüseynovanın da əməyi danılmazdır. Onları təbrik edir və daha böyük uğurlar arzu edirik.

 

Baxış sayı: 11207