XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 saylı uşaq musiqi məktəbində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 14:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 saylı uşaq musiqi məktəbi yeni konsert proqramı ilə musiqisevərləri bir yerə toplayıb. Mayın 15-də məktəbin xor siniflərinin çıxışlarından ibarət musiqi tədbiri keçirilib.

Məktəbdə 3 xor sinfi mövcuddur. Bu dəfəki tədbir böyük xor və kiçik xor siniflərinin hesabat konserti ilə bağlı olub. Hesabat konserti ifaçıların uğurlu çıxışları ilə yaddaqalan olub. Bu uğurda il boyu çəkdiyi əziyyətə görə bütün müəllim heyətinin əməyi danılmazdır.

Baxış sayı: 66239