XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 saylı uşaq musiqi məktəbi daha bir uğura imza atıb
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 10:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 saylı uşaq musiqi məktəbi daha bir uğura imza atıb. Məktəbin şagirdi Sona Şirinova lV Beynəlxalq "Bahar musiqisi” müsabiqəsində  iştirak edərək, " solo fortepiano " nominasiyasında  2-ci dərəcəli laureat adını qazanaraq, diplomla təltif edilib.

S.Şirinovanın müəllimi Ləman Hüseynovaya isə “Təşəkkür” məktubu təqdim edilib. Məktubda Ləman müəllimə "Bahar musiqisi"  İV  Beynəlxalq  müsabiqəsində 2-ci dərəcəli laureat adını qazanan Sona Şirinovanı yaxşı hazırladığına görə, həmçinin uşaq və yeniyetmələrin yaradıcılığının inkişafında sərf etdiyi böyük əməyə  və pedaqoji ustalığına görə təşəkkür bildirilib.

Baxış sayı: 46566